20.09.2020 13:39
633


"Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşer Premyer Liqanın 2-ci matçında komandasının "Kristal Pelas"a 1: 3 hesablı məğlubiyyətini şərh edib:
- Gördünüz ki, biz xal almadıq. Xallara göstərdiyi oyunla rəqib layiq idi. Bu gün rəqibin günü idi. Bizim meydançada rəqiblər nadir hallarda belə oyun göstərirlər. Biz öz imkanlarımızı düzgün qiymətləndirə bilmədik. Bunu bacarmaq üçün biz güzgüdə özümüzə baxmalıyıq. Hamı bilir ki, biz daha yaxşı oynaya bilərik.