cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Suares ABŞ-a getməkdən imtina edib

20.09.2020 15:40 Oxundu 472

"İnter Mayami" Luis Suaresi heyətinə qatmaq istəyir. ABŞ klubu futbolçuya 4 illik müqavilə təklif edib. Uruqvaylı hücumçu təklifi qəbul edəcəyi təqdirdə ilinə 8 milyon qazanacaqdı. Ancaq məlumata görə, Suares təklifi qəbul etməyib. Futbolçu ABŞ klubuna karyerasının sonlarında keçməyi düşünür. 

Qeyd edək ki, uruqvaylı "İnter Mayami"nin təklifini qəbul etsəydi, rekord maaş alacaqdı. Hazırkı rekord Zlatan İbrahimoviçə məxsusdur. İsveçli "Los-Anceles Qalaksi" nin heyətində oynayanda ilidə 7,2 milyon qazanırdı.