20.09.2020 16:09
645


Azərbaycanlı FIFA referisi Əliyar Ağayev bu mövsüm UEFA-dan ilk təyinatını alıb.
O, Rumıniyanın Curcu şəhərindəki Marin Anastasoviçi adına stadionda sentyabrın 24-də keçiriləcək "Styaua" - "Slovan" (Liberets, Çexiya) komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin oyununu idarə edəcək.
Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxhan Məmmədov yerinə yetirəcək.
Hakimlərimizin işinə hakim-inspektor kimi israilli Şmuel Şteyf qiymət verəcək. Həmin oyuna gürcüstanlı Bakar Jordaniya UEFA nümayəndəsi təyin edilib.