20.09.2020 20:04
437


Bu gün ölkə çempionatında 3-cü turun daha bir oyunu keçirilib. "Zirə" öz meydanında "Sabah"ı qəbul edib. Qarşılaşmanın ilk hissəsində qol vurulmayıb. Fasilədən sonra səylərini artıran qonaqlar Rodrigeslə rəqib qapısına yol tapıblar. Bundan sonra da hücumlarını davam etdirən "Sabah" görüşün sonunda daha bir dəfə də fərqlənib. Koubemba 90-cı dəqiqədə komandasının üstünlüyünü iki topa çatdırıb. Matç bu hesabla bitib.
Qeyd edək ki, "Sabah"ın qələbəsindən sonra turnir cədvəlində iki hakimiyyətlik yaranıb. "Sabah" və "Sumqayıt" 6 xalla birinci yeri bölüşürlər.