çərşənbə, 08 may 2024

BİZİM FUTBOL

"Qarabağ" öz meydançasında uduzdu

20.09.2020 22:07 Oxundu 520

Premyer Liqanın 3-cü turuna təsadüf edən "Qarabağ" - "Neftçi" oyununda qonaqlar qələbə qazandı. 
Oyuna sürətli hücumlarla başlayan "köhlən atlar" 10-cu dəqiqədə Ovusu ilə hesabda önə keçiblər. Bu qoldan cəmi iki dəqiqə sonra "ağ-qaralar"dan Stankoviç hesaba tarazlıq gətirib. İlk hissədə başqa qol olmayıb. Fasilədən sonra hücumlarının kəsərini artıran qonaq komanda 68-ci dəqiqədə hesabda önə keçib. Namiq Ələsgərov "Neftçi"yə üç xal qazandıran qolu vurub. "Ağdam" təmsilçisi nə qədər çalışsa da rəqib qapısına yol tapa bilməyib. Matç bu hesabla da bitib.

Qeyd edək ki, bu tura qədər məğlub olmayan "Qarabağ" 4 xalla beşinci pilləyə düşüb. "Neftçi" isə "Sumqayıt" və "Sabah"la birlikdə 6 xal toplayıblar. 

"Qarabağ" - "Neftçi" 1:2
Qollar: Ovusu, 10; 12, Stankoviç, Namiq Ələsgərov, 68.
***

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunda üz-üzə gələcək "Qarabağ" və "Neftçi" komandalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"də çıxacaqlar:

“Qarabağ”: 12. Emil Balayev 5. Maksim Medvedev (k) 2. Qara Qarayev 55. Bədavi Hüseynov 11. Mahir Emreli 19. Filip Ozobiç 7. Kvabena Ovusu 81. Kevin Medina 6. Patrik Andrade 18. İsmayıl İbrahimli 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 30. Abbas Hüseynov 8. Uroş Matiç 77. Donald Qerye 27. Toral Bayramov 22. Musa Qurbanlı 21. Rauf Hüseynli 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov

“Neftçi”: 30. Aqil Məmmədov 7. Namiq Ələsgərov 8. Emin Mahmudov (k) 2. Cabir Əmirli 3. Mamadu Mbodj 36. Mamadu Kane 6. Voyislav Stankoviç 10. Saman Nərimancahan 13. Prins İbara 24. Yusuf Laval 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov 22. Mirabdulla Abbasov 19. Fəhmin Muradbəyli 91. Tallison Diaz 29. Sabir Buqrin 20. Mert Çelik 4. Rener Alves 80. İsmayıl Zülfüqarlı 27. Fərid Yusifli 40. Vüqar Həsənov 45. Əli Mürsəlov 37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov

Qeyd edək ki, bu gün "Azərsun Arena"da keçiriləcək qarşılaşma saat 20:15-də başlayacaq.