cümə, 29 mart 2024

BİZİM FUTBOL

Visente Qomes: "Avroliqaya vəsiqə uğrunda mübarizə apara bilərik"

20.09.2020 21:02 Oxundu 373

Səfərdən qələbə ilə dönən "Sabah"ın baş məşqçisi Visente Qomes. Matçdan sonra mətbuat önünə çıxıb.

"Oyundan çox razı qaldım. Birinci hissədə qol üçün fürsətlər oldu, rəqibə də şans vermədik. İkinci yarıda "Zirə" matça bir az nəzarət etsə də, oyundan razıyam. Qələbə qazana bildik”.

49 yaşlı mütəxəssis komandasından razılıq bildirib və hədəflərindən söz açıb: "İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynadıq, ikinci hissədə isə əziyyət çəkən tərəf biz idik. Fikrimcə, daha çox işləsək, Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilərik".

İspaniyalı çalışdırıcı müdafiəçi Təmkin Xəlilzadənin ehtiyatdan oyuna daxil olmasına da aydınlıq gətirib: "Oyunçuların bir həftədəki hazırlıqlarına baxaraq qərar verirəm. Ondan daha hazırlıqlı olanlar var idi. Mənim üçün ehtiyat oyunçular skamyasında olanlar da önəmlidir".