çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Füzuli Məmmədov: "Futbolçular meydanda əzmkarlıq göstərdilər"

20.09.2020 22:54 Oxundu 414


“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransı keçirib: 

- Əlimizdə olan imkanlardan maksimum istifadə etdik ki, komandanı oyuna hazır edək. Vaxtımız az idi. Futbolçular meydanda əzmkarlıq göstərdilər. Belə güclü rəqibə qarşı oynamaq əzmkarlıq, istək tələb edir. Bu gün qələbə bizim üçün çox önəmli idi. “Neftçi”sevərləri təbrik edirəm”

- "Neftçi" bu gün güclü idi deyə qələbə qazandı, yoxsa "Qarabağ"ın fiziki yorğunluğundan istifadə etdi?

- Hər iki komanda yorğun idi. "Qarabağ"ın uzun yoldan gəlməsini də qeyd edərdim. Rəqibin zəif olduğunu deməzdim. Amma bu gün futbolçular meydanda mübarizə aparıb qələbə qazandılar.

- Tallison nə üçün ehtiyatda qalır?

- O, özünə çox diqqət yetirən futbolçudur. Bu oyunda limitə görə ehtiyatda qaldı.

- Prins İbara hücum xəttini gücləndirəcək futbolçudurmu?

- O, çox güclü futbolçudur. "Qalatasaray"la oyundan sonra da çox yorulmuşdu. Bu, onda hiss olunurdu. Mirabdulla Abbasovun həm davranışı, həm də oyuna münasibəti çox dəyişib. Belə davam etsə, əsas heyətin oyunçusuna çevrilə bilər.

- Sizə elə gəlmirmi ki, Anton Krivotsyukun yoxluğu "Neftçi"yə faydalıdır?

- Anton bizim vacib futbolçumuzdur. Səhvsiz oyunçu yoxdur. "Sumqayıt"la oyunda problemlərimiz var idi, amma indi bunlar aradan qalıb. Bizə zaman lazım idi, mən bütün futbolçularıma inanıram.