cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Ronaldudan yen bir uğur

21.09.2020 10:02 Oxundu 377


"Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının ilk turunda növbəti statistik nailiyyətə imza atıb. 

Cempion.az  "Report.az" saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu "Sampdoriya" ilə görüşdə "çərçivə"yə 10 dəqiq zərbə vurmağı bacarıb. Bu isə Avropanın top-5 liqasında bütün oyunçular arasında ən yaxşı göstərici hesab olunur. 

Portuqaliyalı forvard 3:0 hesabı ilə qalib gəldikləri matçda qol və məhsuldar ötürmə ilə də yadda qalıb. Ronaldu bu qolla öz məhsuldar seriyasını uzadıb.

Digər tərəfdən, təcrübəli hücumçu klub səviyyəsində ardıcıl 19-cu mövsüm qol vurub. Bunadək Ronaldu Portuqaliya "Sportinq"i, İngiltərə "Mançester Yunayted"i və İspaniya "Real Madrid"ində fərqlənib. 

Hücumçu "Twitter" hesabında mövsümə qələbə ilə başlamağın həmişə yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. Ronaldu bu komandada iki dəfə İtaliya çempionatının, bir dəfə isə ölkə Super Kubokunun qalibi olub. Ulduz futbolçunun klubla sözləşməsi 2022-ci ildə başa çatacaq.