cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Messi ilə Ronaldo eyni komandada oynayacaq?

21.09.2020 10:42 Oxundu 405

Cempion.az "fanatik.com.tr" saytına istinadən xəbər verir ki, "Barselona" ​​Çempionlar Liqasının dörddə bir final mərhələsində Münxenin "Bavariya" komandasına 2-8 hesabı iıə məğlub olduqdan sonra, Kataloniya komandasında transfer və yerdəyişmələr qaçınılmaz göründü. Lionel Messinin komandadan ayrılmaq istədiyi və hətta yeni məşqçi Kumanla görüşdə ayrılma qərarını verdiyi bildirildi. Messinin adı "İnter" və "Mançester Siti" kimi klublara transfer olmaqla bağlı hallanırkən, İtaliyadan gələn iddialara görə, "Yuventus"un xəyalı Kriştiono Ronaldo və Lionel Messinin eyni komandada oynamasıdır. Məlumata görə, "Yuventus" komandası Lionel Messini öz heyətinə qatmaq üçün işə başlayıb.