cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Andrea Pirlo: "Kiminsə ideyalarını kopyalamaq istəmirəm"

21.09.2020 12:45 Oxundu 456

İtaliya çempionatındanın ilk rəsmi oyununda “Sampdoria”nı 3:0 hesabı ilə məğlub edən “Yuventus”un baş məşqçisi Andrea Pirlo özünün debüt oyununu dəyərləndirib:
"İlk yarını yaxşı keçirdik, ancaq qol vura bilmədik. Görüşün sonunda futbolçularımızda yorğunluq  hiss olunsa da oyuna nəzarəti əldən vermədik. İstəyimizi həyata keçirmək üçün zamana ehtiyacımız var, çünki kiminsə ideyalarını kopyalamaq istəmirəm. Çox təəssüf ki, mövsümöncəsi hazırlıqlar gec başladı, sonra futbolçular milli komandalara getdilər və ideyalarımızı həyata keçirmək üçün zamanımız qalmadı. Amma mövsümün gedişində istədiklərimizi reallaşdırmaq üçün bütün imkanlarımızı səfərbər edəcəyik.