21.09.2020 13:05
560


İspaniyalı məşqçi Xosep Qvardiola 2016-cı ildən “şəhərlilərə”rəhbərlik edir. 2020/21 mövsümündə "Mançester Siti"nin ilk oyunu ərəfəsində baş məşqçi gələcəyindən danışıb.
"Mançester Siti"də işləməyə davam etmək istəyirəm, burada özümü çox yaxşı hiss edirəm, amma qalmaq üçün buna layiq olmalıyam ".
“Cempion.az” saytının məlummatına görə, bu açıqlamanı “Manchester Evening News”a “şəhərlilərin” baş məşqçi Xosep Qvardiola verib. Baş məşqçi sözlərinə belə davam edib: “Son illərdə klub çox yüksək səviyyəyə çatıb və komandada çalışmağa davam etmək üçün onu bu səviyyədə saxlamalıyam. Klub heç vaxt mənə şübhə etməyib və heç vaxt təzyiq göstərməyib. İşimi görmək üçün həmişə mənə lazımı şəraiti yaradıblar".
“Mançester Siti”də keçirdiyi dörd ildə Qvardiola iki dəfə Premyer Liqa çempionluğunu, 2019-cu ildə İngiltərə Kubokunu qazanib və komandanı üç dəfə Liqa Kubokunun qalibi edib.