cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Kamran Əliyevin məşqçisi istefa verdi

21.09.2020 13:44 Oxundu 538

Heyətində həmyerlimiz Kamran Əliyevin də çıxış etdiyi “Ximki” komandasının baş məşqçisi Dmitri Qunko komandada 7 həftəlik fəaliyyətinə son verdiyini bəyan edib. “Cempion.az”ın məlumatına görə mütəxəssis bu barədə “İnstaqram” səhifəsində paylaşım edib.
 
"Mənə azarkeşlik edən, məni dəstəklənyən, tənqid edən hər kəsə təşəkkür edirəm. Bu cür məğlubiyyətlərdən sonra məşqçi getməlidir. “Ximki”nin mənim taleyimdə olmasına sevinirəm. İstədiyimdən az şey etdim, amma hamı komandadakı gələcək dəyişikliklərdən danışarkən işləmək çox çətindir. Futbolçulara  və klubun işçilərinə ortaq iş üçün təşəkkür edirəm. Onlarla özümü rahat və maraqlı idi”.