21.09.2020 14:58
423


Həmyerlimiz Kamran Əliyevin komandasında – “Ximki”də daxili ziddiyyətlər davam edir. Bunun nəticəsi olaraq komandanın baş məşqçisi Dmitriy Qunko bu gün istefa verdiyini elan edib. Məşqçi bunu çəxsi “İnstaqram” səhifəsində yayıb və çox keçmədin həmin paylaşımı pozub.
Tanınmış futbol məşqçisi Hacı Hacıev Dmitri Qunkonun "Ximki"nin baş məşqçisi postundan getməsinə münasibət bildirib.
“Çox şey klubun oyunçuları ilə rəhbərliyi arasında olan münasibətlərdən asılıdır. Göründüyü kimi, qarşılıqlı anlaşma tapılmadı. İndi hər hansı bir məşqçi üçün çətin olacaq. Komanda yaxşı vəziyyətdə deyil, daxili ziddiyyətlər var. Klub pis təşkil olunanda problemlər qaçılmaz olur, hər zaman inkişafa mane olan çərçivələr meydana çıxır, vəsait səmərəsiz xərclənir, ixtisaslı kadrların seçilməsi çətinləşir.
İndi həm rəhbərliyin, həm də futbolçuların birmənalı qəbul edəcəkləri yüksək ixtisaslı, nüfuzlu bir məşqçiyə ehtiyac var. Bu olmazsa, böhran və geriləmələr davam edəcək".
Qeyd edək ki, Moskva vilayətinin Bədən Tərbiyəsi və İdman Naziri Roman Teryuşkov komandanın yeni baş məşqçisinin adının bu gün, 21 sentyabrda açıqlanacağını söyləyib.