cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Son Xın Min: “Mən də Keyni ən yaxşı seçərdim"

21.09.2020 15:01 Oxundu 743


İngiltərə Premyer Liqasının II turunda keçirilən “Sauthempton” – “Tottenhem” oyunundan sonra maraqlı hadisə baş verib.
Cempion.az saytının məlumatına görə, qarşılaşmada 4 qol vuran Son Xın Minin müsahibəsi zamanı baş məşqçi Joze Mourinyo müdaxilə edib.
Portuqaliyalı mütəxəssis cənubi koreyalı oyunçuya yaxınlaşaraq “matçın ən yaxşısı Keyndir” deməklə, futbolçusunu pərt edib. Ancaq özünü “sındırmayan” Son gülərək “Mən də Keyni ən yaxşı seçərdim. Bir qol vurdu, dörd asist etdi”, deyib.

Qeyd edək ki, “Tottenhem” “Sauthempton” üzərində 5:2 hesablı qələbə qazanıb.