cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Edinson Kavani “Real”a keçə bilər

21.09.2020 17:27 Oxundu 563

 

Cempion.az "Marca"ya istinadən  xəbər verir ki, 33 yaşlı hücumçunun menecerləri onu azad agent kimi Madid təmsilçisinə təklif ediblər.
 
Lakin uruqvaylı oyunçunun yüksək maaş tələb etməsi tərəflərin razılaşmasına mane ola bilər. Futbolçunun “kral klubu”ndan 7 milyon avrodan çox maaş istəyəcəyi ehtimal olunur.
Bildirilir ki, Kavani hazırda “Real”dan  transferlə bağlı cavab gözləyir.

Qeyd edək ki, Kavani ilə “Benfika” yaxından maraqlanırdı. Ancaq onun yüksək əmək haqqı tələb etməsi keçidin alınmamasına səbəb olub.