21.09.2020 23:07
465


Türkiyə Super Liqasının 2-ci turu çərçivəsində. “Fənərbaxça” doğma meydanda “Hatayspor”u qəbul edib.
cempion.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra qonaq komandanın iki futbolçusu qırmızı vərəqə ilə
cəzalandırılıb. 73 və 81-ci dəqiqələrdə hataylılardan Riberio və Sackey meydandan qovulublar. Meydan sahibləri doqquz nəfərlə mübarizə aparan rəqibin qapısına yol tapa bilməyib. Sonda tərəflər hərəyə bir xalla kifayətləniblər.
Qeyd edək ki, ilk turda hər iki komanda qələbə qazanmışdır.
"Fənərbaxça" - "Hatayspor" 0:0