cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

“Dinamo Moskva” qələbə qazandı
 

21.09.2020 23:57 Oxundu 461

 
 
“Dinamo Moskva” Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb. Paytaxt təmsilçisi öz meydanında “Axmat”ı qonaq edib.
 

Cempion.az xəbər verir ki, tərəfələr nə qədər çalışsalarda matçın ilk hisəsində qapılara qol vurulmayıb. Fasilədən sonra isə hadisələr meydan sahiblərinin istədiyi kimi cərəyan edib. 80-ci dəqiqədə qonaq komanda bir nəfər azlıqda qalıb. Boqosavac meydandan kənarlaşdırılıb. Fürsəti dəyərləndirən moskvalılar 90-cı dəqiqədə istəklərinə nail olublar. Ordec rəqibi məyus edib.
 
Qeyd edək ki, xal ehtiyatını 14-ə çatdıran “Dinamo Moskva” altıncı pillədə qərarlaşıb. “Axmat” isə 10 xalla onuncudur. Turnir cədvəlinə “Zenit” başçılıq eləyir. Peterburqlular bu tura qədər 17 xal toplayıblar.
 
“Dinamo Moskva” – “Axmat” 1:0
Qoll: Ordec, 90.