cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

"Şəhərlilər" qələbə qazandılar

22.09.2020 01:00 Oxundu 462


“Mançester Siti” İngiltərə Premyer Liqasında ilk oyununu keçirib.

“Şəhərlilər” səfərdə “Vulverhempton”un qonağı olublar. Oyuna sürətli hücumlara başlayan Qvardiolanın komandası 20-ci dəqiqədə penalti vurmaq şansı qazanıb. Ələ düşən fürsəti De Bruyne qola çevirib. Hücumlarını davam etdirən qonaqlar növbəti qolu 32-ci dəqiqədə rəqib qapısından keçiriblər. Bu dəfə Foden azarkeşləri sevindirib. İlk hissədə başqa qol olmayıb. Fasilədən sonra meydan sahibləri fərqlənməyi bacarıb. Jimenes 78-ci dəqiqədə komandasının matçdakı yeganə qolunu vurub. Lakin 90-cı dəqiqədə Jesus  yenidən aradakı fərqi ikiyə yüksəldib. Matç elə bu hesabla da bitib.
 
“Vulverhempton” – “Mançester Siti” 1:3
Qollar: Jimenes, 78; De Bruyne, 20, Foden,32, Jimenes, 90.