şənbə, 11 may 2024

DÜNYA FUTBOLU

Araz Abdullayev yeni klubunda ilk oyununa çıxıb
 

22.09.2020 11:49 Oxundu 355


Türkiyə birinci liqasında 2-ci turun oyunları keçirilib.

cempion.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi "Boluspor" səfərdə "Adana Dəmirspor"la qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Araz matçın 70-ci dəqiqəsində meydana daxil olub. Bununla da o, yeni komandasında rəsmi debüt edib.
Qeyd edək ki, 2 turdan sonra bir xalı olan "Boluspor" 13-cü pillədə qərarlaşıb.