cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

“İnter” gənc futbolçu ilə müqavilə imzaladı

22.09.2020 12:26 Oxundu 341


cempion.az xəbər verir ki, 17 yaşlı istedadlı estoniyalı futbolçu Oliver Yurqens İtaliyanın “İnter” klubu ilə peşəkar müqavilə imzalayıb.

Müqavilənin müddəti 3 ildir.

 

“İnter”lə peşəkar müqaviləyə imza atdığıma görə xoşbəxtəm. İrəliyə doğru daha bir addım atdım. İndi bütün diqqətlər yaxınlaşmaqda olan yeni mövsümə yönəlib”, - deyə O. Yurqens öz “Instagram” səhifəsində yazıb.

Qeyd edək ki, 17 yaşlı estoniyalı futbolçu ötən ilin avqust ayında “Verona”nın gənclər akademiyasına daxil olub.

Futbolçunun oyunu italiyalı skautların diqqətindən yayınmayıb və artıq qışda “Roma”da (U-17) icarə əsasında oynamağa başlayıb.

Yurqens ötən mövsüm çıxdığı 19 oyunda 12 qol vursa da, “Roma” klubunun əsas komandasından təklif almayıb.