şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

“Legiya”da baş məşqçi dəyişikliyi olub

22.09.2020 12:37 Oxundu 352

 
 “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi “Legiya”da baş məşqçi dəyişikliyi reallaşıb. 

"Cempion.az" Polşa klubunun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi serbiyalı Aleksandr Vukoviçlə yollarını ayırıb. 
Onu bu postda Polşanın U-21 yığmasının çalışdırıcısı Çeslav Mixneviç əvəz edib. Mixneviç müqaviləsinin bitəcəyi noyabradək yığmadakı vəzifəsində də qalacaq.