çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Suares qanunsuz İtaliya vətəndaşlığı almağa cəhd edib

22.09.2020 15:02 Oxundu 393



“CEMPİON.AZ”  “Repubblica”ya istinadən xəbər verir ki, uruqvaylı hücumçu ölkənin vətəndaşlığını almaq üçün italyan dilindən imtahanı verib.  Lakin 32 yaşlı oyunçuya suallara cavabların əvvəlcədən göndərildiyi məlum olub. Buna görə də o, testin cavablarını əvvəlcədən öyrənə bilib.

Şübhəlilər arasında Peruca Xaricilər Universitetinin rektoru Xuliana Qreqio Bolli və ali təhsil ocağının baş direktoru Simione Olivieri var. Bildirilir ki, bu işdə Suares əsas günahkar hesab olunmur və hazırda universitetdə araşdırma aparılır.

Qeyd edək ki, Suaresin “Barselona”dan “Yuventus”a keçəcəyi haqda xəbərlər yayılsa da, klubun idman direktoru onunla müqavilə imzalamağa hazırlaşmadıqlarını bildirib.