22.09.2020 21:27
483
483

İtaliya Futbol Federasiyası "Roma"nı cəzalandırıb.
“CEMPİON.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, "canavarlar"a texniki məğlubiyyət verilib.
Buna səbəb yarımmüdafiəçi Amadu Diavaranın mövsümün ilk turunda "Verona" ilə oyunun (0:0) iştirak ərizəsinə yanlış daxil edilməsidir. Klub 23 yaşlı Diavaranı yaşı 22-dək olan oyunçu kimi sifariş edib.