şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

“Totenhem”in oyunu koronavirusa görə ertələndi

22.09.2020 22:19 Oxundu 409


İngiltərə Liqa Kubokunda bu günə nəzərdə tutulan “Leyton Oriyent” – “Tottenhem” oyunu baş tutmayacaq.

“CEMPİON.AZ” "Sky Sports"a istinadən xəbər verir ki, buna meydan sahibi komandanın futbolçuları arasında koroinavirusa kütləvi yoluxma halı səbəb olub. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürməli idi.

Oyunun nə vaxtsa oynanılacağı və ya tamamilə ləğv olunacağı barədə müzakirələrin davam etdirildiyi bildirilib. Premyer Liqadakı sıx qrafik səbəbindən “Leyton Oriyent”ə texniki məğlubiyyət veriləcəyi də istisan edilmir.