cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

“Salzburq” səfərdə qələbə qazandı

23.09.2020 00:57 Oxundu 363


Çempionlar Liqasında Pley-off mərhələsinə start verilib.

“CEMPİON.AZ” xəbər verir ki, “Makkabi Tel Aviv” doğma meydanda “Salzburq”u qəbul edib.
Qarşılaşmada ilk qolu meydan sahibləri vurublar. 9-cu dəqiqədə Biton qonaqları məyus edib. İlk hissənin qalan vaxtında qapılara qol vurulmayıb. Fasilədən sonra toparlanan “buğalar” hesaba tarazlıq gətiriblər. 49-cu dəqiqə də rəqib qapısısna təyin edilmiş penaltini Szoboszlai dəqiq yerinə yetirib.  Məqsədi qələbə qazanmaq olan qonaqlar 57-ci dəqiqədə geriyə dönüş ediblər. Okugava komandasına qələbə qazandıran qolu vurub. Matç bu hesabla da bitib.
 
“Makkabi Tel Aviv” – “Salzburq” 1:2
Qollar: Biton, 9; Szoboszlai, 49. Okugava, 57.