cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

“Krasnadar” PAOK-u məğlub etdi

23.09.2020 01:31 Oxundu 420

 

“Krasnadar” Çempionlar Liqası Pley-off  mərhələsi çərçivəsində PAOK-la qarşılaşıb.

“CEMPİON.AZ” xəbər verir ki, “Krasnadar”ın meydanında keçirilən matçda Rusiya təmsilçisi qələbə qazanıb. Yunanlar oyuna yaxşı başlayıblar. 7-ci dəqiqədə penalti vurmaq şansı qazanan qonaqlar fürsətdən istifadə edə bilməyiblər. Pelkas qapıçı ilə dueldən məğlub ayrılıb. Əvəzində futbolçu 33-cü dəqiqədə vurduğu qolla komanda yoldaşlarını sevindirib. İlk hissənin sonlarına doğru meydan sahibləri də hücumlarını artırıblar. 39-cu dəqiqədə penalti vurmaq növbəsi krasnadarlılara çatıb. Klaesson rəqibindən fərqli olaraq fürsətdən yararlanıb. Ruhdan düşən salonikililər 70-ci dəqiqədə qapılarında ikinci qolu görüblər. Bu dəfə Kabella rəqib qapısına yol tapıb. Bu oyunda sonuncu qol olub.
 
“Krasnadar” – “PAOK” 2:1
Qollar: Klaesson, 39. Kabella, 70;  Pelkas, 33.