cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Niderland millisinə yeni baş məşqçi təyin edilib

23.09.2020 11:28 Oxundu 418



Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib. 

“CEMPİON.AZ” "De Telegraph" nəşrinə istinadən xəbər verir ki, komanda Frank de Bura tapşırılıb.

50 yaşlı mütəxəssislə gələn həftənin əvvəlindən gec olmayaraq iki illik müqavilə imzalanacağı bildirilib. Frank de Bur bu vəzifədə “Barselona”ya baş məşqçi təyin olunan Ronald Kumanı əvəzləyib.

Qeyd edək ki, niderlandlı çalışdırıcının son iş yeri ABŞ klubu “Atlanta Yunayted” olub. O, "Ayaks", "İnter", "Kristal Pelas"da da çalışıb.