cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

“Real” Beylin gəzdiyi yeri öpməlidir”.
 

23.09.2020 11:51 Oxundu 389



“Tottenhem”dən daha yaxşı klublardan da maraqlananlar var idi. Amma Beyl getdiyi yerlə kifayətlənmək istədi. Hamı onun “Real”dakı karyerasının sona çatdığını qəbul etmişdi. Buna görə də ayrılmaq kifayət qədər  asan oldu”.

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl “Real”dan “Tottenhem”ə keçən Qaret Beylin agenti Conatan Barnett deyib. O, "The Telegraph"a açıqlamasında “kral klubu”nda  uelsli yarımmüdafiəçiyə yetərincə dəyər verilmədiyini vurğulayıb:

“Burada şəxsiyyət toqquşması, dəstək çatışmazlığı vardı. Bir çox şey fərqli idi. Beyl “Real”da yaxşı çıxış edən adama layiq hörmət ala bilmədi və bu, həqiqətən də böyük problem idi. “Real” Beylin gəzdiyi yeri öpməlidir”.

Qeyd edək ki, 31 yaşlı oyunçu 2007-2013-cü illərdə də çıxış etdiyi London təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.