cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

AL-da III təsnifat mərhələsi başlayır

23.09.2020 12:47 Oxundu 347


Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək. 

“CEMPİON.AZ” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Kiprdə "Apollon" klubu Polşa "Lex"ini qəbul edəcək. Cütün taleyi bir oyundan ibarət olduğu üçün qalib tərəf pley-off mərhələsinə yüksələcək. 

Qeyd edək ki, qələbə qazanan tərəf növbəti raundda "Şarlerua" (Belçika) / "Partizan" (Serbiya) duelinin güclüsü ilə üz-üzə gələcək. 

23 sentyabr

Avropa Liqası
III təsnifat mərhələsi

20:00. “Apollon” (Kipr) - “Lex” (Polşa)