çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

PSJ-nin prezidenti həbs edilə bilər

23.09.2020 13:02 Oxundu 387

 

"Paris Sen-Jermen" futbol klubunun, “beIN Media Group Nasser” mediaholdinqinin rəhbəri Nasser Al-Xelaifi və FİFA-nın keçmiş baş katibi Jerom Valke korrupsiya ilə bağlı iş üzrə üç ilə qədər həbs cəzası ala bilər.

“CEMPİON.AZ” "L Equipe"yə istinadən xəbər verir.

Məlumata görə, ilk məhkəmə işində İsveçrə Prokurorluğu Al-Xelaifiyə 28 ay, Valkeyə 3 il həbs cəzası tələb edib. Əgər prokurorluğun tələbi təmin edilsə, bu hadisə Avropa futbolu tarixində ilk olacaq.

Xatırladaq ki, Al-Xelaifi və Valke dələduzluqda, saxta sənədlərin hazırlanmasında, xüsusi şəxslərin ələ alınmasında şübhəli bilinirlər. İstintaqın məlumatına görə, Al-Xelaifi dünya çempionatları matçlarının translyasiyası hüquqlarının alınması üçün Valkeyə rüşvət verməkdə ittiham edilir. 2018-ci ilin yanvarında Valke 12 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.