cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

Cüdo yarışı Olimpiadaya görə ləğv olundu

23.09.2020 13:17 Oxundu 377

 
 
Bu ilin dekabrında Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan Dünya Cüdo Turunun mərhələsi - Böyük Dəbilqə yarışı ləğv edilib. 

“CEMPİON.AZ” Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub. 
IJF bəyan edib ki, pandemiya ilə bağlı qeyri-müəyyənlik, eləcə də Yaponiyada Yay Olimpiya Oyunlarının keçirilməsi bu ölkədə idman tədbirlərini planlaşdırarkən xüsusən ehtiyatlı olmağı tələb edir.
Əvəzində qurum Macarıstan və Qətərdəki Dünya Cüdo Turunun digər mərhələlərini təşkil edəcək.  
IJF prezidenti Marius Vizer deyib ki, qurumun ən vacib məqsədi idmanı və idmançıları qorumaqdır: "Onların təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni əsirgəməməyə davam edəcəyik". 
Macarıstanın paytaxtı Budapeştdəki mərhələ oktyabrın ikinci yarısına nəzərdə tutulub. Qətərin paytaxtı Dohadakı turnir isə 2021-ci ilin əvvəlində keçiriləcək.
Yarışlar Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq. Olimpiada 2021-ci il  23 İyul - 8 avqustda gerçəkləşəcək. 
Qeyd edək ki, bu il Bakıda cüdo üzrə Böyük Dəbilqənin təşkili nəzərdə tutulurdu. Lakin yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.