cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

İsveçrədə stadiona ildırım düşüb

23.09.2020 13:32 Oxundu 385



İsveçrədə oyun zamanı meydançaya ildırım düşməsi nəticəsində on dörd gənc xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“CEMPİON.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sankt-Qallen polisi bildirib.

"Hazırda məlum olan informasiyaya görə, ildırım işıq dirəyini vurdu. Elektrik yükü yerə keçdi və meydançaya yayıldı”, - polis bildirib.

Xəstəxanaya hadisə nəticəsində iki komandadan xəsarət almış 14 gənc çatdırılıb. Onların 15-16 yaşları var. Gənclərdən biri xəstəxanaya helikopterlə aparılıb.

Prokurorluq və polis hadisənin başvermə şəraitinin müəyyənləşdirməyə başlayıb.