şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Ən yaxşı futbolçu və baş məşqçi kim olacaq?

23.09.2020 15:08 Oxundu 355



UEFA 2019/2020 mövsümü üçün ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqlayıb.


“CEMPİON.AZ” qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Bavariya”dan Manuel Noyer və Robert Levandovski, “Mançester Siti”dən isə Kevin de Bruyne ən yaxşı futbolçu adına namizəddir.
Hans-Diter Flik (“Bavariya”), Yulian Naqelsmann (“Leyptsiq”) və Yurgen Klopp ("Liverpul") isə ən yaxşı baş məşqçi adına namizəd olublar.
Qaliblər oktyabrın 1-də, Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq.