cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

Castin Qetji: “O, mənim qədər dəli deyil”.

23.09.2020 15:21 Oxundu 553


Amerikalı döyüşçü Castin Qetji rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovla necə döyüşməyi planlaşdırdığını açıqlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə “BJ Penn” məlumat yayıb.

“Bilirəm ki, Həbibin qanını görəcəyəm. Mən onun özünün də bunu görməsini istəyirəm. Onun reaksiyasına baxmağı arzu edirəm. O, mənim qədər dəli deyil.

Onun döyüş tərzi böyük sayda çapıq vəd etmir. Əminəm ki, Nurməhəmmədovun hətta ağlına da gəlmir ki, o, öz qanını görə bilər. Onun üçün bu, heç vaxt həlledici amil olmayıb”, - deyə Qetji bildirib.