cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

“Real”ın futbolçularından alqışa layiq hərəkət

23.09.2020 15:44 Oxundu 380

 
“Real”ın futbolçuları İspaniya superkuboku və La Liqanın qalibi olduqları üçün qazandıqları 1 milyon avrodan imtina ediblər.

“CEMPİON.AZ” COPE-yə istinadən xəbər verir ki, oyunçular koronavirus pandemiyasının büdcədə yaratdığı problemlər səbəbindən kluba kömək etmək məqsədilə belə bir addım atıblar.
 
Onlar ölkə çempionluğuna görə özlərinə çatacaq 700 min avro, superkubokun qalibi olduqları üçün isə əldə etməli olduqları 300 min avro bonusdan imtina ediblər.