çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Əliyar Ağayevin idarə edəcəyi avrokubok oyunu təxirə salına bilər

23.09.2020 16:17 Oxundu 433

UEFA Avropa Liqasının III təsnifat mərhələsində Rumıniya "Styaua"sı ilə Çexiyanın "Slovan" (Liberets) komandaları arasında keçirilməli olan oyun təxirə salına bilər.

“CEMPİON.AZ” "sport.tn.nova.cz" saytına istinadən xəbər verir ki, səbəb meydan sahiblərinin heyətində 5 futbolçunun koronavirusa yoluxmasıdır.

Buxarest təmsilçisinin matçın vaxtının dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etdiyi bildirilib.Daha əvvəl Avropa Lqiasının II təsnifat mərhələsində

"Baçka Topola" (Serbiya) ilə görüş öncəsi "Styaua"da virusa 9 yoluxma halı aşkarlanıb.

Qeyd edək ki, sentyabrın 24-nə nəzərdə tutulan "Styaua" - "Slovan" matçını Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə etməlidir.