cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

“Liverpul”un futbolçusu müqavilə təklifini qəbul etmədi

23.09.2020 20:56 Oxundu 416

 

"Liverpul"un futbolçusu Corcino Veynaldum klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə  "Daily Express" nəşri məlumat yayıb. Bildirilib ki, Tiaqo Alkantaranın İngiltərə təmsilçisinə keçməsi 29 yaşlı yarımmüdafiəçinin klubdan ayrılmaq ehtimalını artırıb. Onun "Barselona"ya keçə biləcəyi iddia olunur.

Qeyd edək ki, Veynaldum bu mövsüm 3 matçda oynayıb və yaxşı oyun nümayiş etdirməyib.