cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

“Topçular” “Lester”i məğlub etdilər

24.09.2020 13:07 Oxundu 394


Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun 1/16 finalında "Lester"i 2:0 hesabı ilə məğlub etdi.


“CEMPİON.AZ” xəbər verir ki, görüş "King Power" stadionunda keçirilib.

57-ci dəqiqədə "Lester"in müdafiəçisi Kristian Fuks öz qapısına avtoqol keçirib, digər qolu "Arsenal"ın hücumçusu Edvard Ntekia (90) vurub.

Turnirin 1/16 final mərhələsinin digərmatçında "Çelsi" 6:0 hesabı ilə ölkənin ikinci güclü divizionunda çıxış edən "Barnsli"ni məğlub etdi.

Liqa Kubokunun 1/8 finalına həmçinin "Bernli", "Brayton", "Stok Sity", "Fulxem", "Everton" və "Nyukasl" komandaları keçid qazanıb.