cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

Avropanın ən güclüləri Budapeştdə üz-üzə gələcəklər

24.09.2020 13:34 Oxundu 410
 


Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək.

“CEMPİON.AZ” xəbər verir ki, , Macarıstanın paytaxtı Budapeşt qitəmiqyaslı turnirlərin qaliblərinin duelini qəbul edəcək.
“Puşkaş Arena”da Çempionlar Liqasının qalibi olan Almaniya “Bavariya”sı Avropa Liqasının ən güclüsü İspaniya “Sevilya”sı ilə görüşəcək. Ötən mövsüm qatıldığı bütün yarışların qalibi olan Münhen təmsilçisi bu matçın da favoritidir.
Hans Flikin yetirmələri 2020-ci ildə qazandıqları Bundesliqa, ölkə kuboku və Çempionlar Liqasının ardınca bu mükafatı da muzeyinə aparmağa iddialıdır. Düzdür, zədəli Kinqsli Koman komandasına kömək edə bilməyəcək. Alfonso Deyvisin matçda iştirakı isə sual altındadır. Yayda heyətinə Leroy Sane və Tanqi Kuassini qatan “Bavariya” 7 ildən sonra yenidən Superkuboku qazana bilər. 3 dəfə Superkubok görüşündə uduzan münhenlilər 2012/13 mövsümündə “Çelsi” üzərində qələbə ilə bu mükafata yiyələnib.
Bu yay İvan Rakitiç, Oskar və Markos Akunya ilə güclənən “Sevilya” Avropa Liqasındakı uğuru Budapeştdəki oyunda da təkrarlamaq əzmindədir. UEFA reytinqinin 8-cisi olan ispaniyalılar bu siyahıya başçılıq edən rəqibini büdrətsə, ikinci dəfə mükafata yiyələnəcək.
2005/06 mövsümündə “Barselona”nı yenərək Superkuboka sahib çıxan Sevilyanın eyniadlı təmsilçisi sonrakı illərdə 4 dəfə həlledici qarşılaşmada uduzub.

Qeyd edək ki, “Bavariya” – “Sevilya” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Superkuboku
24 sentyabr
23:00. “Bavariya” (Almaniya) – “Sevilya” (İspaniya)

Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt. “Puşkaş Arena” stadionu