şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

MSN üçlüyü 364 qol vurub

24.09.2020 14:04 Oxundu 477


Lionel Messi-Luis Suares-Neymar üçlüyü “Barselona”da çıxış edərkən əhəmiyyətli statistikaya imza atıblar.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə “Squawka Football” məlumat yayıb.

Hücum triosu bütün turnirlərdə ümumilikdə 364 qol vurmağa nail olub. Argentinalı hücumçu üç mövsüm ərzində (2014-2017) 153 qol vurub və 66 məhsuldar ötürmə edib. Onun ardınca Luis Suares gəlib: 121 qol və 59 məhsuldar ötürmə. Üçlüyün son sırasında 90 qol vurub, 48 məhsuldar ötürmə edən Neymar dayanır.

Qeyd edək ki, “Barselona” rəsmi şəkildə 33 yaşlı uruqvaylı hücumçu Luis Suaresin Madrid “Atletiko”suna keçdiyini açıqlayıb. Bununla da istənilən komanda üçün başağrısı olan və müdafiəçilərə çətin anlar yaşadan məşhur MSN üçlüsü tamamilə dağılıb.