cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

“Zirə” səfərdə  “Keşlə”nin qonağı olacaq

24.09.2020 14:44 Oxundu 358

 

Bu həftə Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçiriləcək. “Zirə” səfərdə “Keşlə” ilə qarşılaşacaq.

“CEMPİON.AZ” klubun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, "qartallar” bu rəqiblə 20-ci dəfə üz-üzə gələcək. İndiyədək komandalar Premyer Liqa çərçivəsində 19 dəfə görüşüb. Hesabında 5 qələbə olan “qartallar” 8 dəfə meydanı 1 xalla tərk edib. Digər 6 matçda “Keşlə” qalib gəlib. Rəqib qapısından 20 top keçirən komanda 22 qol buraxıb.
Bunadək 10 dəfə rəqibin qonağı olan “qartallar” səfərdə 2 qələbə və 3 heç-heçəyə imza atıb. Meydan sahibləri isə 5 dəfə üç xala sevinib. Top fərqi də rəqibin xeyrinədir – 13:7.

Qeyd edək ki, sentyabrın 26-da “ASK Arena”da keçiriləcək “Keşlə” – “Zirə” matçı saat 20:15-də başlayacaq.