şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Mahir Emreli Monteneqroya qarşı oynaya bilməyəcək

24.09.2020 15:09 Oxundu 454



UEFA Millətlər Liqasının 1-ci turunda Lüksemburqla ev matçında Azərbaycan yığmasının birbaşa qırmızı vərəqə ilə cəzalandırılmış  futbolçusu Mahir Emreli ilə bağlı qərar qəbul edib.


“CEMPİON.AZ” xəbər verir ki, 23 yaşlı hücumçu kobud oyununa görə 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən, 2-ci turda Kiprlə səfər matçını buraxmış oyunçu 3-cü turda Monteneqroya qarşı oktyabrın 10-da səfərdə baş tutacaq növbəti görüşdə də meydana çıxa bilməyəcək.