cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

Həbibin döyüşünə qohumları da burxılmayacaq

24.09.2020 15:27 Oxundu 480


Qohumları Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Qetji ilə döyüşündə iştirak edə bilməyəcəklər.

“CEMPİON.AZ” bu barədə 32 yaşlı idmançının meneceri Rizvan Maqomedov TASS-a açıqlamasında deyib.

O bildirib ki, turnir azarkeşsiz keçiriləcəyindən, görüşlərə əlavə şəxslər buraxılmayacaq. Menecer hazırda təhlükəsizliyin prioritet olduğunu söyləyib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Qetji arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda UFC 254 turniri zamanı gerçəkləşəcək.