cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Dənizlispor” “Neftçi”nin futbolçusunu transfer etmək istəyir

24.09.2020 16:37 Oxundu 378



Bakının “Neftçi" futbol klubunun legioneri Türkiyə komandalarının maraq dairəsinə düşüb. Söhbət Yusuf Lavaldan gedir.

“CEMPİON.AZ”  xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakıda “Qalatasaray” klubu ilə oyunda yaxşı təsir bağışlayan futbolçu ilə “Dənizlispor” klubu maraqlanır. Klub nümayəndələri Y.Lavalın çıxışını diqqətdə saxlayırlar.
Nigeriyalı oyunçu özünü yaxşı tərəfdən göstərməkdə davam etsə, klub nümayəndələri “Neftçi” ilə danışıqlara başlayacaqlar

Qeyd edək ki, “Dənizlispor”un baş məşqçisi vaxtilə milli komandamızda çalışmış Robert Prosineçkidir.