çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Luis Suares: "Barselona" və "Real"la rəqabət apara biləcəyim bir komandaya keçmək istədim"

24.09.2020 16:50 Oxundu 399

 

"Atletiko"nun yeni transferi Luis Suares Madrid klubunu seçməsinin səbəbi haqda danışıb.

“CEMPİON.AZ”  "Marca"ya istinadən xəbər verir ki, uruqvaylı hücumçu bunları deyib: "Barselona" məni satışa çıxaranda çoxlu zənglər və təkliflər gəldi. "Barselona" və "Real"la rəqabət apara biləcəyim bir komandaya keçmək istədim.

"Atletiko" həmişə çempionluq uğrunda sona qədər mübarizə aparan rəqabətçi bir komandadır və onlar üçün oynaya biləcəyim anı səbirsizliklə gözləyirəm. Komandaya irəliləməyə və vacib qələbələr qazandırmağa kömək etmək istəyirəm".

Qeyd edək ki, Suares 2014-cü ildən "Barselona"da oynayırdı. O, Kataloniya klubunun heyətində ümumilikdə 283 matçda 198 qol vurub.