cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Gənclər Liqasında qaydalar dəyişdi

24.09.2020 17:26 Oxundu 474

 

UEFA İcraiyyə Komitəsi Gənclər Liqası ilə bağlı yeni formatı təsdiqləyib.

“CEMPİON.AZ” qurumun rəsmi saytına istinadən xəbər verir ki, 2020/2021 mövsümü 1/16 final mərhələsindən olimpiya sistemi ilə keçiriləcək və qalib 1 oyunla müəyyənləşəcək.

Bu qərar pandemiya səbəbindən yarışın təşkilindəki çətinliklər və azyaşlı oyunçuların mövcud şəraitdə səyahət etmək istəməməsi ilə əlaqələndirib. Bu raundun oyunları 2021-ci ilin martında olacaq. Digər detallarla bağlı qərar İcraiyyə Komitəsinin növbəti iclasında veriləcək.

Qeyd edək ki, Azərbaycanı UEFA Gənclər Liqasının cari mövsümündə "Qəbələ"nin U-19 komandası təmsil edəcək.