çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Abubakar yenidən “Beşiktaş”a qayıdır

24.09.2020 23:30 Oxundu 426

 

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirir.

“CEMPİON.AZ” "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçsi “Portu”dan Vensan Abubakarı transfer etməyə yaxındır. 28 yaşlı hücumçunun “Beşiktaş” üçün tibbi müayinədən keçdiyi bildirilib.

Kamerunlu futbolçu ilə 1+1 illik müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, Abubakar 2016/17 mövsümündə də "Beşiktaş"da çıxış edib.