şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Əliyar Ağayev Avropa Liqasında oyun idarə etdi
 

25.09.2020 00:52 Oxundu 440

 
 

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının 3-cü təsnifat mərhələsinin oyununu idarə edib.
 
“CEMPİON.AZ” xəbər verir ki, o, “Styaua” (Rumıniya) - “Slovan” (Çexiya, Liberets) matçının baş hakim olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Ağayev oyunun 20-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Stefan Kananı birbaşa qırmızı vərəqə ilə meydandan qovub. O, “Styaua”dan iki, “Slovan”dan üç futbolçuya da sarı vərəqə göstərib.
 
Qeyd edək ki, Ə.Ağayevə bu qarşılaşmada  Zeynal Zeynalov və Akif Əmirəli köməklik edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.