cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Ronald Kuman narazılıq edir

25.09.2020 11:22 Oxundu 431


“Barselona”nın yeni baş məşqçisi Ronald Kuman klubdakı durumdan narazıdır.

“CEMPİON.AZ” xəbər verir ki, bununla əlaqədar “Marca” qəzeti məlumat yayıb.

Mənbə bildirir ki, hollandiyalı mütəxəssis özünə münasibətdə bəzi inamsızlıqlar hiss edir. Xüsusən son vaxtlar həyata keçirilən bəzi transferlər Kumanın ürəyincə olmayıb. Öncə mütəxəssisə vəd edilib ki, transferlərlə bağlı qərarları Kuman özü qəbul edə biləcək. Amma onlardan bəziləri məşqçinin iştirakı olmadan həyata keçirilib. Bildirilir ki, Kuman klubun prezidentinin və direktorlarının onu müdafiə etmədiyini düşünür.

Qeyd edək ki, R.Kuman bu il avqustun 19-da Kike Setyenin istefaya göndərilməsindən sonra “Barselona”nın baş məşqçisi təyin olunub.