cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

“Rossoneri”dən uğurlu seriya

25.09.2020 11:48 Oxundu 400

 

“Milan” uğurlu çıxışlarını davam etdirir.

“CEMPİON.AZ” xəbər verir ki, komanda dünən Avropa Liqasının üçüncü təsnifat mərhələsində Norveçin “Bude Qlimt” komandasına öz meydanında qalib gələrək (3:2) pley-offa vəsiqə qazanıb.
“Opta” statistik səhifəsinin yazdığına görə, bununla  Stefano Piolinin rəhbərliyi altında “qırmızı-qaralar” məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb (12-si qələbə olmaqla). Sonuncu dəfə “Milan” belə uğura 2008-ci ildə Karlo Ançelottinin rəhbərliyi altında nail olub.

Qeyd edək ki, italiyalılar Avroliqanın pley-offunda “Riu Ave” ilə qarşılaşacaq. Oyun oktyabrın 1-i Portuqaliyada keçiriləcək.